“Azərreyl” evdə Fransa klubunu darmadağın edib

azerreyl-evde-fransa-klubunu-darmadagin-edib
Oxunma sayı: 658

Qadınlardan ibarət volleybol klublarının Çempionlar Liqası qrup mərhələsinin oyunları davam edir.

Qafqazinfo” xəbər verir ki, Bakının “Azərreyl” volleybol klubu üçüncü turda öz meydanında Fransanın “Sen-Rafael” kollektivini qəbul edib. Qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 “Azərreyl” dörd görüşdə üçüncü qələbəsini qazanmış olub.  Növbəti görüş "C" qrupuna inamla liderlik edən “Fənərbaxça” klubuna qarşı olacaq.

“Azərreyl” (Azərbaycan) — “Sen-Rafael” (Fransa)

3:0 (25:20, 25:11, 25:11).