“Azərbaycanlılar bunu normal saysa da, mən vəhşilik kimi qəbul edirəm”

azerbaycanlilar-bunu-normal-saysa-da-men-vehsilik-kimi-qebul-edirem
Oxunma sayı: 4271

Qəbələ”nin sabiq futbolçusu və hazırda “Kuban”da çıxış edən Aleksey Qay sports.ru saytına müsahibə verib.

Qafqazinfo” ukraynalı futbolçunun müsahibəsindən “Qəbələ” ilə bağlı hissələri təqdim edir:

- “Qəbələ”yə gedərkən daha çox maliyyə tərəflərini düşünürdüz?

- “Qəbələ”yə keçəndə pulu düşünmürdüm. Mənim həyatda mövqeyim belədir –“futbola qazanc kimi baxma”. Pul mənim üçün stimul və motivasiya deyil. İstəyirəm ki, öz ustalığımı artırım və bunun qarşılığında öz əməyimin haqqını alım.

- Azərbaycanı niyə tərk etdiz? “Qəbələ” sizə yeni müqavilə təklif etmədi?

- Əslində, müqavilə başa çatırdı. Klub rəhbərliyi mənimlə yeni müqavilə imzalamağa həvəs göstərmirdi. Vəziyyət o həddə qədər yuvarlandı ki, öz-özümə dedim ki, mən “Qəbələ”də qalmayacağam. Amma klubdan heç bir incikliyim yoxdu, əksinə, onlara minnətdaram ki, mənə yeni olduğum ölkədə hər bir şəraiti yüksək səviyyədə yaratmışdılar. Azərbaycanda 2 gözəl mövsüm keçirdim.

- Azərbaycanda sizi ən çox nə təəccübləndirirdi?

- Bu sualı mənə azərbaycanlı jurnalistlər də verirdi. Bir məqamı qeyd edim ki, onların ölkəsi barədə mənfi cəhəti deyəndə inciyirdilər. Məsələn, mən onların maşın sürməkləri haqda demişdim. Yolla gedərkən sənin zolağından əks istiqamətdə maşın çıxa bilər. Çünki 20-30 metr sonra sağa dönmək lazımdır. Onlar bunu normal qarşılasa da, mən vəhşilik kimi qəbul edirəm. Mən öz müsahibəmi sosial şəbəklərdə oxuyanda insanların yazdığı şərhlərə diqqət yetirirdim. Azərbaycanlılar kənar adamların dedikləri sözləri ürəylərinə salırlar.

- “Odlar şəhəri” - Bakı sizin diqqətinizi necə cəlb edirdi?

- Çox nümunəvi şəhərdir. Bakı müasir, tarixi şəhərdir və Şərqlə Qərb heyrətamiz şəkildə uzlaşır. Ekskursiyaya getmək istəyən insanlara məsləhətim odur ki, Bakını seçin.

- Qəbələ şəhərində cəmi 13 min insan yaşayır, amma eyniadlı klubu ölkədə ön sıralardadır. Bu, necə olur?

- Bir çox amilləri misal gətirmək olar. Maliyyə böhranı Azərbaycan da bir çox postsovet ölkələri kimi təsir edib və buna görə də yerli futbolda pul azalıb. Son zamanlar Bakının “Neftçi”“İnter” klubları qeyri-stabil çıxış edirlər. Onların aparıcı rolu sıradan çıxıb və əvəzlərinə ölkədə “Qəbələ” və Ağdamın “Qarabağ” klubları yaxşı çıxış edirlər. Bu klubların maliyyəsi də yaxşıdır. “Qəbələ”ni üst yerlərdə görmək istəyən gənc, iddialı sahibi var. O, kluba Roman Qriqorçuk kimi iddialı məşqçisni dəvət edib. Onun dövründə “Qəbələ” bürünc medalları qazandı və ardıcıl 2 dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi.

- Görünür, “Qəbələ”yə sizi “Çernomorets”də çiyin-çiyinə çalışdığınız Roman Qriqorçuk dəvət edib?

- Bəli, Ukraynada çətin dövrlərə qayıtsaq, “Çernomorets”in heç nəyi yox idi. Qriqorçuk bu səbəbdən özünə yeni iş yeri axtarırdı. Mənə demişdi ki, səni özümlə aparacağam. Ona görə də Qriqorçukun hansı kluba gedəcəyini internetdən izləyirdim. Günlərin bir günü eşitdim ki, o “Qəbələ” ilə müqavilə imzalayıb. Daha sonra o mənə zəng edərək “Qəbələ”yə dəvət etdi.

- Bu mütəxəssisi necə xarakterizə edərdiniz?

- Roman İosifoviç futbolla alışıb yanan fanatdır. O, məşq prosesini və oyunçularla fərdi ünsiyyəti sevir. Bu məşqçinin işlə bağlı öz istiqaməti var. O, bundan imtina etmək istəmir. Qriqorçuk təkid edir ki, komanda hücumda güclü olmalı və bu zaman müdafiəni unutmamalıdır. Futbolçular isə topla irəli getməli və oyunu öz üzərlərinə götürməkdən qorxmamalıdırlar.

- Ötən mövsüm Avropa Liqasında “Krasnodar”, PAOK və Dortmund “Borussiya”sı ilə bir qrupda olarkən əvvəldən özünüzü “sirli at” sayırdınız?

- Necə deyərlər, iştah yemək zamanı gəlir. Biz sonda topladığımızdan daha çox xal yığa bilərdik. Konkret, Krasnodarda 1:2 hesabı ilə uduzduğumuz matçda heç də pis oynamadıq, yetərincə qol imkanımız oldu. Üstəlik, baş hakim qolumuzu saymadı. Ancaq əlbəttə, qrupdan çıxmağa ümid etmirdik.

Elsevər