Azərbaycanlı Olimpiya çempionu hərbi xidmətə yollandı - Video

azerbaycanli-olimpiya-cempionu-herbi-xidmete-yollandi
Oxunma sayı: 2434

Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov məşqlərini hərbi xidmətdə davam etdirir. “Qafqazinfo” xəbər verir ki, o, Qazaxıstan ordusunda xidmətə başlayıb.

Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Astanada hərbi hissədə qulluq edir.

24 yaşlı idmançı Qazaxıstan ordusunun formasını geyinməsi ilə fəxr etdiyini də deyib: “Ordu hər kəsin keçməli olduğu məktəbdir. Bununla qürur duyuram. Vətənə xidmət etməliyik”.

Qeyd edək ki, idmançılara çağırış hələ Rio Olimpiadasından öncə gəlsə də, onlar təxminən 4 ay sonra hərbi xidmətə yollanıblar.