“Azərbaycanlı hakim özünü dünyanın mərkəzi saydı”

azerbaycanli-hakim-ozunu-dunyanin-merkezi-saydi
Oxunma sayı: 1139

"Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko azərbaycanlı hakim Rəhim Həsənovdan narazıdır.

Qafqazinfo” xəbər verir ki, buna Antalyada yoxlama görüşü çərçivəsində keçirilən "Dnepr" - "Dinamo" (Zaqreb) matçında Həsənovun təcrübəli futbolçuya qırmızı vərəqə göstərməsi səbəb olub.

“Dnepr”in yarımmüdafiəçisi narazılığını belə ifadə edib:

“Hakimi qərarı ilə razılaşmadığım üçün əvvəlcə mənə sarı vərəqə göstərdi. Buna görə özümə haqq qazandırmıram. Amma o, həmin epizodda prinsipial davrandı. Daha sonra isə yüngül formalı nalayiq ifadəmə görə məni cəzalandırdı. Ancaq nəzərə almaq lazımdı ki, bu, təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama matçıdır. Belə durumda təcrübədən istifadə edilmir. Rəhim Həsənovun formasının üzərində FİFA emblemi gördüm. O, özünü dünyanın mərkəzi saydı. İş burasındadı ki, rəqib komandanın futbolçuları da ikinci sarı vərəqənin göstərilməməsii xahiş etdi. Ancaq bunun faydası olmadı. Nəticədə komandam uduzdu".

Qeyd edək ki, sözügedən qarşılaşma xorvatların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.