Azərbaycanlı hakim Avropa çempionatının oyununda

azerbaycanli-hakim-avropa-cempionatinin-oyununda
Oxunma sayı: 644

Futzal üzrə FIFA referisi Yusif Nurullayev Avropa çempionatının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb.

Qafqazinfo” xəbər verir ki, Gürcüstan, Şotlandiya, İsveçrə və İsrail yığma komandalarının mübarizə aparacağı bu qrupun oyunları yanvarın 23-dən 28-dək Gürcüstanın paytaxtı Tbilisidə təşkil ediləcək.