Azərbaycanlı futbolçuya 6 oyunluq cəza

azerbaycanli-futbolcuya-6-oyunluq-ceza
Oxunma sayı: 804

AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 16-cı turunun “Rəvan” - “Şəmkir” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 16-cı turunun “Energetik” - “Göyəzən” matçında “Energetik”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

16-cı turun “Turan Tovuz” - “Zaqatala” matçında “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 69-cu dəqiqəsində “Turan Tovuz”un futbolçusu Səbayıl Bağırov aqressiv davranışa və rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

16-cı turun “Ağsu” - MOİK matçının 90+3-cü dəqiqəsində MOİK-in futbolçusu Qərib İbrahimov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanıb, klub 240 manat cərimə olunub.