“Azərbaycandan Portuqaliyaya uçmaq...” - UEFA prezidentindən maraqlı açıqlama

azerbaycandan-portuqaliyaya-ucmaq
Oxunma sayı: 1695

Çempionlar Liqasının final görüşləri gələcəkdə Avropa xaricində keçirilə bilər. “Qafqazinfo” xəbər verir ki, bu haqda UEFA-nın prezidenti Aleksander Çeferin məlumat verib.

"Bu sadəcə, ideyadı, amma müzakirə tələb edir. Məsələn, Azərbaycandan Portuqaliyaya uçmaq, demək olar ki, Nyu-Yorka uçmaq qədər vaxt aparır. Ona görə bu, azarkeşlər üçün problem olmamalıdı.

Finalı keçirmək hüququnun alınması prosesi maksimal dərəcədə şəffaf olmalıdı. Siyasi vəziyyət nəzərə alınmayacaq, bu, anormal bir şeydi. Kimsə bununla bağlı bizə təzyiq göstərməyə çalışsa, cavabını alacaq. Bizim öz qaydalarımız var, heç nə edə bilmirik".