“Azərbaycanda qapılar üzümə həmişə açıqdır” - Bonilya

azerbaycanda-qapilar-uzume-hemise-aciqdir
Oxunma sayı: 1215

“Bu il mənim üçün uğurlu oldu. 14-ü “Zirə”, 3-ü milli və 3-ü “Nasional”ın heyətində olmaqla ümumən 18 qol vurdum”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri hazırda Portuqaliyanın “Nasional” klubunda çıxış edən Nelson Bonilla “Elsalvador” nəşrinə müsahibəsində deyib.

Salvador millisinin üzvü "Zirə"də daha çox oynamaq şansı qazandığını deyib: “Baş məşqçi mənə inanırdı. Mənim Azərbaycan çempionatında çıxış etməyim sonradan Portuqaliyada oynamağa kömək etdi. Orada mənə kömək edən insanlara təşəkkür edirəm. Onları sevgi ilə xatırlayıram. Bilirəm ki, həm Azərbaycanda, həm də bir vaxtlar çıxış etdiyim Rumıniyada qapılar mənim üzümə həmişə açıqdır”.
Hücumçu Portuqaliya çempionatını Azərbaycan Premyer Liqasından üstün tutub: “Amma aradakı fərq elə böyük də deyil. Çünki Azərbaycanda Avroliqanın qrupunda oynayan və Çempionlar Liqasının qrupuna düşmək istəyən komandalar var”.