Azərbaycan yığmasında 5 türkiyəli futbolçu

azerbaycan-yigmasinda-5-turkiyeli-futbolcu
Oxunma sayı: 1524

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə 5 türkiyəli futbolçu cəlb edilib.

Qafqazinfo” xəbər verir ki, bunlar Şahan Akyüz, Egehan Gök, Onur Taha Takır, Mutlu Aksu Doğan və Muhammet Can Tuncerdi.

Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan "Altınordu"ya məxsus olan futbolçuların yığmamızda oynamasına klub prezidenti Seyit Mehmet Özkan da razılıq verib.

Xatırladaq ki, futbolçular millimizə oktyabrın 14-dən 21-dək Serbiyada keçiriləcək təlim-məşq toplanışı zamanı qoşulacaqlar.