“Azərbaycan millisinin yarısını türklər təşkil edir” - Türkiyə mətbuatı

azerbaycan-millisinin-yarisini-turkler-teskil-edir
Oxunma sayı: 1639

Türkiyə mətbuatı Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatına biganə qalmayıb.

Qafqazinfo” “Milliyət”ə istinadən xəbər verir ki, qardaş ölkə mətbautı millimizin heyətində çıxış edən türkiyəli futbolçulardan yazıb: “Türkiyə bu çempionatda iştirak etməsə də, bizi orda təmsil edən türkiyəli futbolçular var. A qrupunda çıxış edən Azərbaycan yığmasının heyətində 6 türk futbolçu var. Türkiyəli futbolçular Azərbaycan yığmasının yarısını təşkil edir. Həmin 6 futbolçudan 3-ü “Beşiktaş”ın, 2-si “Trabzonspor”un, 1-i isə Almaniyanın “Rot-Vays Essen” komandasında çıxış edir. Bu yarışı dünyanın məşhur klublarının skautları izləyir. Adları qeyd edilən futbolçular nəhəng klublara keçməklə “Beşiktaş” və “Trabzonspor”a yaxşı pul qazandıra bilərlər”.

Qeyd edək ki, milli komandamız ilk matçında Portuqaliya 5:0 hesabı ilə məğlub olmuşdu.