Azərbaycan millisinin üzvünə Türkiyədə hücum çəkdilər - Foto+Video

azerbaycan-millisinin-uzvune-turkiyede-hucum-cekdiler
Oxunma sayı: 2624

Türkiyə Superliqasının 21-ci turunda “Kayserispor”la oyunda qırmızı vərəqə alan “Bursaspor”un və Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz şok təpki ilə üzləşib. “Qafqazinfo” xəbər verir ki, Yenişəhər hava limanında Nəcmi Ayıldız adlı azarkeş onun üzərinə hücum çəkib. 

Azarkeş Yılmaza “səni komandamda istəmirəm, Bursanı tərk et” deyərək etiraz edib.

Mühafizəçilərin sakitləşdirməyə çalışdırdığı tərəfdar hücumçumuzdan əl çəkməyib. O, Dənizə daha sonra bunları deyib: “Sənə komandamızın forması yaraşmır. “Bursaspor”dan gedəcəksən. Bir daha bu komandaya gəlmə”.

“Bursaspor”un vitse-prezidenti Ali Adəmoğlu və baş məşqçki Mutlu Topçu azarkeşi sakitləşdirə biliblər.

Elsevər