Azərbaycan millisi yenə qələbə qazana bilmədi

azerbaycan-millisi-yene-qelebe-qazana-bilmedi
Oxunma sayı: 780

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.

Qafqazinfo” xəbər verir ki, yığmamız Qazaxıstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda qapılara 4 qol vurulub. Amma tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. Qarşılaşma 2:2 hesabı ilə bitib.

Xatırladaq ki, millimiz ilk oyununda Litvaya 1:2 hesabıyla uduzmuşdu.

V.Qranatkinin xatirə turniri
C qrupu
11 yanvar

13:00. Azərbaycan - Qazaxıstan - 2:2
Qollar: K.Dinmuxammed, 18-pen. (0:1). R.Məhərrəmli, 45 (1:1). S.Yerkebulan, 53 (1:2). F.Nəbiyev, 82 (2:2).