Azərbaycan millisi Makedoniyaya uduzdu - Yenilənib

azerbaycan-millisi-makedoniyaya-uduzdu
Oxunma sayı: 1618

Avstriyada təlim-məşq toplanışında olan milli komandamız bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

Qafqazinfo” xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Makedoniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, milli komandamız Avstriyadakı ilk yoxlama oyununda Andorra ilə heç-heçə edib.

***

Bu gün Azərbaycan millisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində 2-ci sınağına çıxıb.

“Qafqazinfo”nun Apasport.az-a istinadən məlumatına görə, Robert Prosineçkinin yetirmələri Makedoniya millisi ilə üz-üzə gəliblər.

Bu il keçirdiyi iki görüşdə də qol vura bilməyən millimiz (Qazaxıstan - 0:1, Andorra - 0:0) bu uğursuz ənənəyə balkan təmsilçisi ilə matçda son qoysa da, yekunda məğlubiyyətə üzülüb.

Hesab 18-ci dəqiqədə açılıb. Radevski makedonları irəli çıxarıb. Yarım saatının tamamını iki dəqiqə keçmiş artıq hesab 0:2 idi. Rəqibin ən məşhur futbolçusu Qoran Pandev müdafiəçilərimizin "hədiyyə"sini boşa verməyib.

İlk hissə bu hesabla başa çatıb. İkinci hissənin gedişində millimiz hesab arasındakı fərqi azaldıb. Əfran İsmayılov penaltini dəqiq yerinə yetirib. Görüşdə son nöqtəni isə Makedoniya qoyub. İlya Nestorovski 90+2-ci dəqiqədə yekun nəticəni elan edib. Bununla da millimiz tarixində 6-cı dəfə qarşılaşdığı rəqibinə 5-ci dəfə uduzub.

Yoldaşlıq oyunu
29 may

AzərbaycanMakedoniya - 1:3
Qollar: Əfran İsmayılov, 73 (pen.) - Marcah Radevski,18, Qoran Pandev, 32, İlya Nestorovski, 90+2