“Azərbaycan millisi çox inkişaf edib” - Yoahim Löv

azerbaycan-millisi-cox-inkisaf-edib-
Oxunma sayı: 1400

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında mətbuat nümayəndələri qarşısına çıxan 56 yaşlı almaniyalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Məqsəd aydındı. Bura 3 xal qazanmaq üçün gəlmişik. Əsas hədəfimiz odu ki, yaya kimi bütün oyunlardan 3 xalla ayrılaq. Qarşıda bizi San Marino ilə oyun gözləyir. Həmin matçda da qələbədən başqa heç bir nəticəylə razılaşa bilmərik. Bura gəlmək üçün uzun yol qət etmişik. Ancaq bu, bəhanə ola bilməz.

- Komandada hansı itkilər var?

- Bir neçə oyunçunun zədəsi var idi. Ancaq hazırda bütün oyunçular sabah meydana çıxmağa tam hazırdı. Yalnız Məsut Özillə bağlı məsələ hələ tam aydın deyil.

- Sabahkı oyunda qapıda kim yer alacaq?

- Ter Şeteqen İngiltərə ilə oyunda yaxşı təsir bağışladı. Ancaq sabah qapıda kimə şans verəcəyim hələ tam bəlli deyil. Məşqdən sonra oturub danışıb, qərar verəcəyik.

- Andre Şürrleni milliyə dəvət etsəniz də, klubunda çox da şans qazanmır...

- Şürrlenin oynamaması heç də yaxşı hal deyil. O, özünü məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Klubunda mütəmadi olaraq şans qazanmayan başqa oyunçular da var. Məsələn Kimmix. Ancaq buna görə onları kənarda saxlamaq olmaz.

- Millimizlə əvvəllər də qarşılaşmısız. Necə düşünürsüz, bu dəfəki oyun əvvəlkilərdən asan olacaq, yoxsa çətin?

- Komanda haqqında deyəcəklərimi ölkəyə də şamil edə bilərəm. Ölkədə 2009-cu illə müqayisədə böyük irəliləyiş nəzərə çarpır. Milli üçün də eyni sözlər keçərlidi. Azərbaycan millisi əvvəlki illərlə müqayisədə həm taktiki, həm də oyun planında çox inkişaf edib. Norveçi məğlub edirsənsə, Çexiya ilə səfərdə heç-heçə edirsənsə, bu inkişafın göstəricisidi. İndi Azərbaycan millisi daha yaxşı müdafiə olunmağı bacarır. Məncə, əvvəlki yığmayla müqayisədə inkişaf nəzərə çarpır.

- Antonio Rüdiqerin uzun müddət oyun təcrübəsi olmasa da, İngiltərəyə qarşı şans verdiniz...

- Çox güman ki, o, sabah da oynayacaq. Ona Mats Hummelsin yanında şans verəcəyəm.

- Sabah kapitan kim olacaq?

- Sabah Sami Hedira komandanı meydana kapitan kimi çıxaracaq. Çünki o, əsl peşəkardı. Məncə kapitanlığa ən uyğun futbolçu məhz Samidi.

- Bəzi futbolçuların millidə oynamağa həvəsli olmadığı deyilir...

- Mənim müşahidəm ondan ibarətdi ki, oyunçular milliyə həmişə sevinə-sevinə gəlirlər. Məncə yığmada oynamaq hər bir futbolçu üçün əsasdı. Hətta bəzi oyunçular kənarda qaldıqlarına görə inciyirlər də.

- Sabah Mario Qomesə şans verəcəksiniz?

- Qomes son vaxtlar yaxşı formadadı. Sabah ona əsas heyətdə şans verəcəm.

- Millimizin qrupda 2-ci olmaq şanslarını necə dəyərləndirirsiniz?

- 4 oyunda 7 xal yaxşı nəticədi. Hər şey Çexiya və Şimali İrlandiya ilə oyunlarda müəyyənlə.əcək. Bu oyunlarda yaxşı nəticə qazansalar, niyə də 2-ci olmasınlar?