Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunlarının hakimləri açıqlandı

azerbaycan-kubokunun-final-merhelesinin-oyunlarinin-hakimleri-aciqlandi
Oxunma sayı: 1056

Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, mərhələnin qarşılaşmaları təcrübəli hakimlərə həvalə edilib.

Belə ki, FİFA dərəcəli hakimlər Əliyar Ağayev və Rəhim Həsənov, həmçinin sabiq FİFA referiləri Orxan Məmmədovla Fariz Yusifov sabah iş başında olacaqlar.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar

13 dekabr (çərşənbə axşamı)

15:00. “Qəbələ” – AZAL
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

17:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

17:00. “İnter” - “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”

18:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
“Azersun Arena”

Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 21-də reallaşacaq.