Azərbaycan kubokunda erkən final

azerbaycan-kubokunda-erken-final
Oxunma sayı: 670

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qarşılaşmalardan ikisində “altılıq”da rəqib olan komandalar üz-üzə gələcək. “Qəbələ” “Qarabağ”ı, “İnter” isə “Xəzər Lənkəran”ı qəbul edəcək. Sonuncular ötən mövsüm kubokun final görüşündə üz-üzə gəldiyi üçün qarşılaşma böyük maraqla gözlənilir. Finalda penaltilər seriyasında "Xəzər Lənkəran"a uduzan "İnter" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Çempion “Neftçi” Gəncədə “Kəpəz”in qonağı olacaq. “Bakı” isə AZAL-ı qəbul edəcək.

14:00. "Qəbələ" - "Qarabağ"
Qəbələ şəhər Böyük Əmili qəsəbə stadionu.
14:00. "Kəpəz" - "Neftçi"
Gəncə şəhər stadionu.
15:00. "Bakı" - AZAL
"Bakı" klubunun təlim-məşq bazasının stadionu.
16:00. "İnter" - "Xəzər Lənkəran"
"Şəfa" stadionu.


Ceyhun Əhmədov