“Azərbaycan klubları bu uğura nail ola bilməyiblər”

azerbaycan-klublari-bu-ugura-nail-ola-bilmeyibler
Oxunma sayı: 1417

“Neftçi”nin sabiq qolkiperi olan Saşa Stamenkoviç Qazaxıstan mətbuatına geniş müsahibə verib.

Qafqazinfo” xəbər verir ki, “Okjetpes”in təcrübəli qolkiperi Qazaxıstan və Azərbaycan futbolunu müqayisə edib:

“Azərbaycan və Qazaxıstanda çoxlu gənc futbolçular çıxış edib. “Astana” Çempionlar Liqasının qrupunda oynayıb, amma Azərbaycan klubları hələ bu uğura nail ola bilməyiblər. Amma Avroliqada Azərbaycan klublarının təcrübəsi çoxdur. Biz 2012-ci ildə “Neftçi” ilə tarix yazaraq ilk dəfə Avropa Liqasının qrupuna düşdük. Sonra daha iki Azərbaycan klubu bu uğuru təkrarladı. Soruşşanız ki, mənə harda daha yaxşıdı, Qazaxıstanda cavabını verərdim. Burda insanlarla münasibət əladı. Bu, birinci məsələdi. Sonra isə futbol gəlir”.

32 yaşlı Stamenkoviç “Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətindən sonra klubun rəhbərliyini sərt tənqid etməsinə də toxunub: “Həmin məğlubiyyət məni və azarkeşləri məyus etdi. Ona görə də verdiyim açıqlama ilə vəziyyəti dəyişmək istədim. Çox adam onda səsimə səs verdi. Fikrimcə, o vaxtdan sonra bəzi məqamlar dəyişməyə başladı və “Neftçi” yaxşı çıxış etdi”.