Azərbaycan gimnastı Dünya Kubokunda 2-ci oldu - Yenilənib

azerbaycan-gimnasti-dunya-kubokunda-2-ci-oldu
Oxunma sayı: 844

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunda ikinci yarış gününə start verilib.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu gün kişilər və qadınlar arasında batut üzərində fərdi və sinxron proqramda, eləcə də tamblinq cığırında finallar keçiriləcək.

Azərbaycan gimnastlarından kişilər arasında batut üzrə sinxron proqramda medallar uğrunda İlya Qrişunin və Oleq Piunov cütlüyü mübarizə aparacaq. Qadınların finalında isə Azərbaycanı Svetlana Makştarova və Veronika Zemlyanaya təmsil edəcək.

İ.Qrişunin, həmçinin fərdi yarışlarda medal qazanmağa çalışacaq. Bakı tamaşaçıları tamblinq üzrə yarışlarda isə ötən gün finala yüksələn Mixail Malkinə azarkeşlik edəcəklər.

Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

***

Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunda gümüş medala yiyələnib.

Trend-in məlumatına görə, M.Malkin tamblinq cığırında final yarışlarında ikinci olub.