Azərbaycan çempionu Naxçıvanda müəyyənləşəcək

azerbaycan-cempionu-naxcivanda-mueyyenlesecek
Oxunma sayı: 639

Kişi voleybolçular arasında Azərbaycan çempionatının növbəti oyunlarının tarixi və keçirilmə yeri açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, III mərhələ Bakıda təşkil olunacaq.

Fevralın 27-də Dərnəgüldə “Azərreyl” Voleybol Bazasında başlayacaq oyunlar matın 3-də bitəcək.

Ardınca eyni arenada pley-offa start veriləcək. Martın 15-17-də olacaq 3 günlük görüşlərdən sonra həlledici matçlar Naxçıvanda təşkil olunacaq.

Burda son oyunlar martın 28-də başlayacaq və ayın 31-də Azərbaycan çempionunun adına aydınlıq gələcək.

Qeyd edək ki, 2 dövrədən sonra “Neftçi” vahid liderdi.