Azərbaycan çempionu müəyyənləşdi

azerbaycan-cempionu-mueyyenlesdi
Oxunma sayı: 981

Futzal üzrə yeni Azərbaycan çempionu müəyyənləşib.

Qafqazinfo” xəbər verir ki, “Araz Naxçıvan” 19-cu turda vaxtından öncə çempionluğunu rəsmiləşdirib. Bu, komandanın “Xəmsə” üzərində 13:2 hesablı qələbəsi nəticəsində gerçəkləşib. Nəticədə, naxçıvanlılar sona iki tur qalmış ən yaxın izləyicisi “Ekol” və “Neftçi” ilə 8 xallıq fərq yaradıb.

Qeyd edək ki, “Araz Naxçıvan”ın “Neftçi”yə qarşı aprelin 30-da keçirəcəyi növbəti oyun “Araz Naxçıvan”ın baş məşqçisi Tino Peres üçün sonuncu olacaq. Çünki mayın 1-də nun müqaviləsinin müddəti başa çatacaq.