Azərbaycan çempionatı başladı

azerbaycan-cempionati-basladi
Oxunma sayı: 652

Fevralın 8-də “ŞÜA” İdman-Sağlamlıq kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, yarış beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Çempionatda şəhər və rayonların yığma komandaları iştirak edirlər.

Yarışa fevralın 12-də yekun vurulacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.