Azərbaycan-Almaniya oyununa bütün biletlər satıldı

azerbaycan-almaniya-oyununa-butun-biletler-satildi
Oxunma sayı: 2122

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununa bütün biletlər satılıb.

"Qafqazinfo" AFFA-ya istinadən xəbər verir ki, onlayn bilet alanlar biletlərini “28 Mall” ticarət mərkəzi, “Park Bulvar” ticarət mərkəzi  və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan - Almaniya qarşılaşması martın 26-sı saat 20.00-da Tofiq Bəhramov adına stadionda keçiriləcək.