Azarkeşlərdən UEFA-ya maraqlı etiraz - Cəriməni Fələstinə göndərdilər

azarkeslerden-uefa-ya-maraqli-etiraz
Oxunma sayı: 1351

Çempionlar Liqasının pley-off mərhələsində baş tutan "Seltik" (Şotlandiya) - "Hapoel" Beer Şeva qarşılaşmasında (5:2) meydan sahiblərinin azarkeşlərinin İsrailə etiraz əlaməti olaraq, stadiona Fələstin bayraqlarıyla gəlmişdi.

"Qafqazinfo" xəbər verir ki, UEFA İntizam Komitəsi şotland azarkeşlərin bu hərəkətiylə bağlı araşdırma başladıb. Şotlandiyalı azarkeşlər bu hərəkətinə görə cəzalandırılıb. 

Bundan narazı olan şotland azarkeşlər yeni etiraz üsuluna əl atıb. Belə ki, "Green Brigade" fan klubu fələstinlilərə yardım kampaniyasına başlayıb. Fan klub 15 min funt-sterlinq məbləğində pul toplamağı planlaşdırdıqlarını açıqlayıb. Toplanmış pul fələstinlilər üçün tibbi ləvazimat alınmasına xərclənəcək.