“Azarkeşlər stadionu alınmaz qalaya çevirəcəklər”

azarkesler-stadionu-alinmaz-qalaya-cevirecekler
Oxunma sayı: 1113

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" səfərdə Sloveniyanın "Maribor" klubu ilə qarşılaşacaq.

Qafqazinfo” xəbər verir ki, "Maribor"un yarımmüdafiəçisi Aleş Mertelj oyunla bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb:

“Son vaxtlar uğursuzluqla üzləşrik. İnanıram ki, bu dəfə belə olmayacaq. Qısa müddətdə oyuna hazırlaşdıq. Özümüzə inanmalıyıq. Azarkeşlərimizin dəstəyi ilə qrupa vəsiqə qazana bilərik. İnanıram ki, azarkeşlər stadionu alınmaz qalaya çevirəcəklər. Biz ancaq qələbə üçün oynayacağıq".