Azәrbaycanlı futbolçu ermәninin rәhbәrliyi altında oynayacaq

azrbaycanli-futbolcu-ermninin-rhbrliyi-altinda-oynayacaq
Oxunma sayı: 1779

Əslən azərbaycanlı olan Ayaz Quliyevin yeni klubu müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, gənc yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək.

O, Premyer Liqa təmsilçisi "Anji" ilə anlaşıb. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

“Spartak”ın II komandada çıxış edən Quliyevin transferinin gün ərzində açıqlanması gözlənilir.

Qeyd edək ki, "Anji"yə erməni Aleksandr Qriqoryan baş məşqçilik edir.