Azәrbaycan yığmasının üzvü Gürcüstan klubunda

azrbaycan-yigmasinin-uzvu-gurcustan-klubunda
Oxunma sayı: 1037

Mövsüm başa çatdıqdan sonra "Sumqayıt"dan ayrılan Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubuna keçib.

"Qafqazinfo" xəbər verir ki, 30 yaşlı müdafiəçi Gürcüstan klubu ilə 1 illik müqavilə bağlayıb. "Kolxeti" ötən mövsüm Gürcüstan çempionatını 10-cu pillədə başa vurub.

Qeyd edək ki, ilk dəfə legioner həyatı yaşayacaq Rasim Ramaldanov karyerası ərzində "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt" klublarında çıxış edib.