Avropa çempionatında parlayan ulduzlar - Fotolar

avropa-cempionatinda-parlayan-ulduzlar
Oxunma sayı: 1016

Bu gün Bakıda 17 yaşlılar arasında Avropa çempionatı start götürəcək. “Qafqazinfo” xəbər verir ki, 2002-ci ildə ilk dəfə keçirilən bu turnir bütün Avropanın diqqət mərkəzində olacaq. 

Qitənin nəhəng klubları öz skautlarını paytaxtımıza yollayıb. Bu skautlar gələcəyin ulduzlarını seçəcəklər.
2002-ci ildə keçirilən U-17 Avropa çempionatı dünya futboluna bir çox ulduzlar bəxş edib. Həmin ulduzları sizlərə təqdim edirik:

2012-ci ildə Sloveniyada keçirilən turnirdə Maks Meyer kəşf olundur. Alman futbolçu həmin çempionatda diqqətləri üzərinə çəkməyi bacarmışdı.

2011-ci ildə Serbiyada keçirilən çempionatın ulduzu isə hollandiyalı Memfis Depay olmuşdu. Hazırda “Mançester Yunayted”in şərəfini qoruyan futbolçu skautların rəğbətini qazanmışdı.

2010-cu ildə Lixtenşteyndə keçirilən qitə birinciliyi “Yuventus”un ulduzu Pol Poqba üçün tarixə düşdü.

2009-cu ildə Almaniyada baş tutan turnirin siması isə hazırda “Bavariya”da çıxış edən Mario Götze idi. Özünü ən yaxşı tərəfdən göstərən futbolçu sonradan dünya ulduları sırasına qoşuldu.

2008-ci ildə Türkiyədə keçirilən çempionatda Tyaqo Alknatara skautların sevimlisinə çevrilmişdi.

2007-ci ildə Belçikada keçirilən turnirdə inamlı çıxış edən Eden Hazard sonradan qitənin ən tanınmışlarından oldu. O, ölkəsində keçirilən çempionatda parlamağı bacardı.

2006-cı ildə Lüksemburqdakı Avropa çempionatı isə almaniyalı Toni Krossu bütün dünyaya tanıtdı.

2005-ci ildə İtaliyada baş tutan qitə çempionatı türkiyəli Nuri Şahin üçün uğurlu oldu.

2004-cü ildə Fransada keçirilən turnirin ulduzu isə Sesk Fabreqas olmuşdu. İspaniya millisinin heyətində o, rəqiblərinə meydan oxumağı bacarmışdı.

2002-ci ildə Danimarkadakı Avropa çempionatı Ueyn Runini dünya futboluna bəxş etdi.