Avropa çempionatı ilə vidalaşdıq

avropa-cempionati-ile-vidalasdiq
Oxunma sayı: 1219

Azərbaycanın milli komandası futzal üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Rusiya yığması ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Serbiyanın paytaxtındakı “Belqrad Arena”da keçirilən matçda millimiz 2:6 hesabı ilə məğlub olub. Oyunda Azərbaycan millisinin heyətində Auqusto Sezar dubl edib. Rusiya yığmasının heyətində isə Sergey Abramov (2 dəfə), Romulo və Eder Lima (3 dəfə) fərqləniblər.

Matçı Paskal Lemal (Belçika), Timo Onatsu (Finlandiya), Sasa Tomiç (Xorvatiya) və Tomasz Frakdan (Polşa) ibarət hakimlər briqadası idarə edib.

Bununla da millimiz Avropa çempionatı ilə vidalaşıb.

Yarımfinalda Rusiya yığması Serbiya komandası ilə qarşılaşacaq.