““Atletiko” amansız mübarizə aparacaq” - Ançelotti

atletiko-amansiz-mubarize-aparacaq
Oxunma sayı: 827

"Real"ın sabiq baş məşqçisi Karlo Ançelotti sabah "Real" və "Atletiko" arasında baş tutacaq Çempionlar Liqasının finalı haqqında maraqlı açıqlamalar verib.

"Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssis 2 il əvvəl - 2014-cü ildə "Real"ın baş məşqçisi olduğu vaxt finalda məğlub etdiyi "Atletiko"nun bu dəfə amansız mübarizə aparacığını bildirib: ""Atletiko" bu dəfə amansız mübarizə aparacaq. Çünki onlar iki əvvəl uduzduqları oyunun qisasını almaq istəyəcəklər. Dieqo Simyone "Real" üzərində qələbə qazana bilər. Bunun üçün onlar meydanda minumum səhv etməlidirlər. Əgər o, ÇL-in qalibi olarsa, bu müasir dövrdə ilk qeyri-avropalı məşqçinin bu turnirdə uğuru olacaq".

Qeyd edək ki, Dieqo Simyone argentinalıdır.