“Asan təslim olmaq fikrində deyilik”

asan-teslim-olmaq-fikrinde-deyilik
Oxunma sayı: 962

“Bizi çətin oyun gözləyir. Rəqib sıradan bir komanda deyil. "Maynts”ın xüsusi təqdimata ehtiyacı yoxdur. Buna baxmayaraq, asan təslim olmaq fikrində deyilik. Sabahkı oyuna 3 xal üçün çıxacağıq”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri "Qəbələ”nin futbolçusu Asif Məmmədov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq "Maynts”la oyundan öncə deyib.

Təcrübəli futbolçu "Qəbələ”dəki karyerası haqqında da danışıb: "Düzdü, son zamanlar yaxşı formadayam. Məşqçi də mənə inanır. Deməzdim ki, öz oyunumdan razıyam. Daha da artırmalıyam”.