Ardaya 100 milyonluq təklif

ardaya-100-milyonluq-teklif
Oxunma sayı: 2512

Bu qış rekord transferlərə imza atan Çin klubları ilə bağlı daha bir iddia ortaya atılıb.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, "Barselona"nın üzvü Arda Turanın da bu ölkədən təklif aldığı bildirilir.

Məlumata görə, "Şanxay SİPG" və Burak Yılmazın transfer olunduğu "Pekin Quan" Türkiyə millisinin üzvünü hədəfə alıb. Hər iki klubun Arda Turanın qiymətini öyrənmək üçün "Barselona"ya müraciət etdiyi bildirilir.

"Barsa" rəsmiləri isə hələlik çinlilərin təklifinə cavab verməyib.İddia olunur ki, çinlilər bu transfer üçün İspaniya klubuna 100 milyon avro ödəməyə hazırdır. Futbolçunun özünə isə çinlilər illik 20 milyon avro təklif edmək fikrindədir.