“Ardanı milliyə çağırmamaq xəyanətdir”

ardani-milliye-cagirmamaq-xeyanetdir
Oxunma sayı: 1672

Türkiyə millisinin qarşıdakı həftələrdə İslandiya və Ukrayna yığmaları ilə oynayacağı qarşılaşmalar üçün heyəti açıqlansa da, "Barselona"nın ulduzu Arda Turan siyahıda yer almayıb .

Qafqazinfo” xəbər verir ki, millinin baş məşqçisi Fatih Terimin bu qərarı tanınmış türkiyəli şərhçi Ahmet Çakarın narazılığına səbəb olub.

O, məsələyə belə reaksiya bildirib:

"3 gün öncə Çempionlar Liqasında vurduğu qolla "Barselona"nı xilas edən Ardanı milliyə çağırmamaq xəyanətdir. Arda, Caner Erkin, Volkan Dəmirəl, Burak Yılmaz və Səlçuk İnan dar ağacından asılıb. Onların cəlladı da Fatih Terimdi".