Arda Turanın “El Klasiko” arzusu...

arda-turanin-el-klasiko-arzusu
Oxunma sayı: 1527

“Barselona”nın futbolçusu Arda Turan "Barselona” – "Real” komandaları arasında baş tutacaq "El Klasiko” haqda danışıb. 

Qafqazinfo” xəbər verir ki, Arda sözügedən oyunun dünyanın ən yaxşı oyunu olduğunu deyib: “Bu matç dünyanın ən önəmli oyunudu. Öz meydanımızda qələbə qazanmaq istəyirik. “Barselona” dünyanın ən yaxşı komandasıdı, meydanda oynamağa başlayanda qarşısıalınmaz olduğumuzu bilirik. Ümid edirəm ki, “El Klasiko” da qol vuran ilk türk futbolçu ola biləcəm “Real”la Çempionlar Liqasında da üz-üzə gəlsək, sevinərəm. Çempionlar Liqasını qazanmaq üçün burdayam”.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu bu gün Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.