Arda Turandan transfer açıqlaması

arda-turandan-transfer-aciqlamasi
Oxunma sayı: 1954

“Barselona”nın türkiyəli futbolçusu Arda Turan transfer xəbərləri ilə bağlı açıqlama verib.

Qafqazinfo” “milliyyet”ə istinadən xəbər verir ki, Arda gələcəkdə peşman olacağı addım atmamağa çalışdığını bildirib.

“Sadəcə özüm üçün deyil, xalqım üçün də buradayam. Gələcəkdə peşman olacağım addım atmamaq üçün əlimdən gələni edirəm. Açıqcası çoxda ehtiyatda qaldığımı düşünmürəm. Dünyanın ən yaxşı komandasındayam. Mövqeyimə uyğun olaraq kifayət qədər oynamaq şansım olur”,- deyə Arda turan açıqlamasında bildirib.

Bundan əlavə 33 yaşına qədər klubla müqaviləsinin olduğunu və gələcəkdə karyerasını “Barselona”da bitirmək istədiyini də vurğulayıb.