Arda Turan saqqalını kəsəcək - Bir şərtlə...

arda-turan-saqqalini-kesecek
Oxunma sayı: 3009

“Barcelona” komandasının türkiyəli futbolçusu Arda Turan saqqalını nə vaxt kəsəcəyini açıqlayıb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən məlumatına görə, komandanın 24 yaşlı qapıçısı Ter Steqen Tvitter mikrobloqunda 13 qolla karyerasında rekord qıran həmkarına “20 qol vursan saqqalını kəsərsən?” sualını ünvanlayıb.

Milli futbolçu Steqenin bu sualına canlı yayım vasitəsilə cavab verərək bildirib ki, 20 qolla deyil, Çempionlar Liqasının kubokunu öz əliylə qaldırandan sonra saqqalını kəsəcək.