Arda Turan bu təklifdən imtina etdi

arda-turan-bu-teklifden-imtina-etdi
Oxunma sayı: 2482

NTV Spor kanalında yayımlanan “90+” proqramına qatılan Mustafa Dənizli “Barcelona”da oynayan milli futbolçu Arda Turana yeni təklif gəldiyini açıqlayıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Barselona” və “Real Madrid” komandaları arasında oynanılan oyunu izləmək üçün İspaniyaya getdiyini deyən Dənizli oyundan sonra Arda Turanla görüşüb.

Arda Turan Çin futbol komandasından yüksək təklif aldığını deyib. Ancaq Dənizli Ardanın “Barcelona”dan ayrılacağını düşünmür.