Arda Turan “Barsa”nın tarixinə düşdü

arda-turan-barsanin-tarixine-dusdu
Oxunma sayı: 2372

"Barselona"nın futbolçusu Arda Turan Türkiyə futbolunun tarixinə keçib.

"Qafqazinfo" xəbər verir ki, bu, Çempionlar Liqasının qrup mərhələsində Münhenqladbax "Borussiya"sına qarşı matçda (4:0) baş verib. Qarşılaşamda 17 dəqiqədə üç qol vuran Arda ÇL tarixində "Barselona"nın heyətində het-trik edən 6-cı futbolçu olub. Ardaya qədər bunu bacaran futbolçular Rivaldo, Ronaldinyo, Samuel Eto'O, Lionel Messi və Neymar olub.

Bundan əlavə, Arda Turan Tuncay Şanlı və Burak Yılmazdan sonra ÇL-də het-trik edən 3-cü türk oyunçu kimi də tarixə keçib.