Arda qərarını verdi

arda-qerarini-verdi
Oxunma sayı: 3152

Türkiyənin məşhur futbolçusu Arda Turan Çinə gedəcəyi ilə bağlı yayılan xəbərlərə son qoyub.

Qafqazinfo” xəbər verir ki, A. Turan müsahibəsində “Barcelona”da oynamaqdan xoşbəxt olduğunu vurğulayıb. Müqavilənin sonuna qədər də komandanda qalmaq istədiyini ifadə edib.

“Media yazır ki, Çinə getmək mənim qərarımdır, amma belə bir məsələ yoxdur. Eyni zamanda bu sualı Ahmet Bulut və “Barcelona” komandası cavablaya bilər. 2020- ci ilə qədər “ Barcelona”dayam”-deyə, futbolçu jurnalistin sualını cavablayıb.