Aqolli cəlbedici təklifdən imtina edib - “O,klub rəngini dəyişsin”

aqolli-celbedici-teklifden-imtina-edib
Oxunma sayı: 1637

"Qarabağ"ın futbolçusu Ansi Aqolli cəlbedici təklif alıb. “Qafqazinfo” xəbər verir ki, Albaniyanın "Skenderbeu" klubu təcrübəli futbolçunu öz sıralarında görmək istəyib.

Ancaq milli üzvü bu təklifdən imtina edib. O, təklifən imtinanın səbəbini belə izah edib:

“"Skenderbeu" klubunun prezidenti Ardian Takayın cəlbedici təklifindən heç kim imtina etməzdi. Albaniyada yalnız yetirməsi olduğum "Tirana"da çıxış edərəm. Paytaxt klubunun rəngləri də "ağ-göy"dü. "Skenderbeu” da “ağ-göy” rənglərə boyansa, bu klubda oynayardım. Takay və komandasına uğurlar arzulayıram”.

Xatırladaq ki, Aqolli 7 ildi ki, "Qarabağ"da çıxış edir.