Almaniya millisinin üzvü Azәrbaycan yığmasında oynayacaq

-almaniya-millisinin-uzvu-azrbaycan-yigmasinda-oynayacaq
Oxunma sayı: 1277

Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib.

"Qafqazinfo" AFFA-nın saytına istinadən xəbər verir ki,  bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirib ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb. AFFA onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlanıb. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.