Almaniya millisinin baş məşqçisi azərbaycanlı futbolçudan danışdı

almaniya-millisinin-bas-mesqcisi-azerbaycanli-futbolcudan-danisdi
Oxunma sayı: 1496

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Almaniyanın 17 yaşadək millisinin baş məşqçisi Maykel Şönvayts bu ölkənin millisində çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov haqda danışıb.

"Qafqazinfo" xəbər verir ki, 36 yaşlı məşqçi gənc futbolçunun milliyətinin yığmada oynamasına mane olmadığını bildirib: "Renat Dadaşova maraq böyükdür. Bunu da normal qarşılayırıq. Çünki o, milliyətcə azərbaycanlıdır. Ancaq bu onun Almaniya yığmasında oynamasına heç bir problem yaratmır. İnanıram ki, onun hazırlıq səviyyəsi bizə kömək edəcək".