“AFFA mәni Avstriyaya dәvәt etdi” - Süleyman Hurma

affa-mni-avstriyaya-dvt-etdi-
Oxunma sayı: 880

Bir neçә gün öncә Türkiyә mәtbuatında “Trabzonspor”un sabiq idman direktoru Süleyman Hurmanın AFFA-nın Azәrbaycan milli komandasının idman direktoru olacağı ilә bağlı xәbәrlәr yayılmışdı.

Qafqazinfo” xәbәr verir ki, mәlumatda onun yığmamızın Avstriyadakı toplanışına qatılacağı vә AFFA rәsmilәri ilә danışacağı bildirilirdi.

Qafqazinfo”ya açıqlama verәn Süleyman Hurma idman direktoru tәklifini almasa da, millimizin tәlim-mәşq toplanışını izlәyәcәyini deyib: “İdman direktoru olmaq üçün tәklif almadım. Amma AFFA rәsmilәri mәni Avstriyadakı tәlim-mәşq toplanışına dәvәt edib. Ora gedәcәyəm vә yığmanızı izlәyәcәyəm”.