AFFA hesabat verib - Yeni prezident seçəcək

affa-hesabat-verib-
Oxunma sayı: 1112

Martın 11-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, tədbir “Hilton” otelində baş tutacaq.

Saat 10:00-da başlayacaq konfransın gündəliyinə assosiasiyanın Nizamnaməsinə uyğun olaraq, aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- AFFA prezidentinin seçilməsi

- İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər.