AFFA-dan azarkeşi döyən futbolçuya ağır cəza

affa-dan-azarkesi-doyen-futbolcuya-agir-ceza
Oxunma sayı: 1604

Topaz Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib. “Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Dava-dalaşda iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.

Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.