Adrian Skarlatake “İnter”də

adrian-skarlatake-interde
Oxunma sayı: 1149

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “İnter” daha bir futbolçu ilə anlaşıb.

Qafqazinfo” xəbər verir ki, “bankirlər” “Xəzər Lənkəran”ın sabiq rumıniyalı futbolçusu Adrian Skarlatake ilə razılı əldə edib. 

Son mövsümü ölkəsində “Astra” klubunda keçirmiş və çempion olmuş Skarlatake “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, yaxın günlərdə “İnter”lə müqavilə imzalayacaq: “Bəli, “İnter”lə danışıq aparmışam. Demək olar ki, razılıq əldə etmişik. Amma müqaviləyə imza atmamışam. Yəqin ki, yaxın günlərdə Bakıya gəlib rəsmi müqaviləyə qol çəkəcəm”.