AÇ-dә erkәn final - İtaliya İspaniyaya qarşı

ac-d-erkn-final-
Oxunma sayı: 2010

Bu gün AÇ-2016-da 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Qafqazinfo” xəbər verir ki, bu gün keçiriləcək iki oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.

Günün maraqla gözlənilən görüşü İtaliya və İspaniya komandaları arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

1/8 final mərhələsinin son matçında İngiltərə və İslandiya yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

20:00. İtaliya - İspaniya

Baş hakim: Cüneyt Çakır

Sent-Denis. "Stad de Frans" stadionu.

***

23:00. İngiltərə - İslandiya

Baş hakim: Damir Skomina

Nitsa. Nitsa şəhər stadionu.