5 medal qazandıq

5-medal-qazandiq
Oxunma sayı: 1074

Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Cüdo Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisi 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Təmsilçilərimizdən Kəramət Hüseynov (55 kq) qızıl, Nəriman Əhmədov (55 kq), Tofiq Məmmədov (60 kq) gümüş, Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunur.