2 boksçumuz dünya çempionatında mübarizəyə başlayır

2-bokscumuz-dunya-cempionatinda-mubarizeye-baslayir
Oxunma sayı: 633

Azərbaycan boksçuları 6-15 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək Dünya çempionatında iştirak edəcəklər. “Qafqazinfo” xəbər verir ki, tamaşaçılar oktyabrın 6-dan 9-dək boksçuların ilkin qarşılaşmalarının şahidi ola biləcəklər.

Azərbaycan çempionatda 8 boksçu ilə təmsil olunur. İlk yarış günündə rinqə çıxacaq döyüşçümüz Rüfət Hüseynov (49 kq) mərakeşli İmad Ahyounla qarşılaşacaq. Lorenzo Sotomayor (64 kq) isə 1/32 final mərhələsində Kanadanı təmsil edən Artur Biyarslanovla döyüşəcək.

Şənbə günü 1/4 final, bazar günü və bazar ertəsi isə yarımfinal görüşləri keçiriləcək. Final görüşləri 14 və 15 oktyabr tarixlərinə təsadüf edəcək.

Qeyd edək ki, yarışlarda 73 ölkədən 257 idmançı iştirak edəcək.