17 avro ilə səyahətə çıxan fanat - “Fransaya gedirəm”

17-avro-ile-seyahete-cixan-fanat-
Oxunma sayı: 1465

Futbol insanlara xoşbəxtlik və sevgi bəxş edir. Elə Rusiya millisinin fanatı Yakin kimi.

Qafqazinfo”nun məlumatına görə, 22 ildir ki, avtostopla səyahət edən rusiyalının əsas məqsədi Avropa və dünya çempionatlarında iştirak etməkdir. Elə indiyə qədər də 2 Avropa, 1 dünya çempionatının canlı şahidi olub. 2008-ci ildə İsveçrə və Avstriyada keçirilən Avropa çempionatını izləyən Yakinin növbəti səfəri Polşa və Ukraynaya olub. 2012-ci ildə sonuncu iki ölkədə baş tutan qitə birinciliyinə canlı şahidlik edən rusiyalı okeanın o tayına keçməyə də macal tapıb.

Braziliyada 2014-cü ildə keçirilən mundiala qatılan fanatın növbəti arzusu Fransada təşkil olunacaq Avropa Çempionatını da izləməkdir. Qitənin 24 ən güclü komandasının qatılacağı turnirə baxmaq istəyən Yakin indidən yola düşüb. O, özü də bu barədə fikirlərini bildirib: “Mən əslən Sibirdənəm. Riqadan isə avtostopla Avstriyaya gəldim. 22 ildir ki, belə səyahət edirəm. İnsburka yollanacam. Çünki o şəhəri çox sevirəm. İnsburkdan sonra növbəti səfərim Monakoya və Marselə olacaq. Avropa Çempionatını izləmək üçün Fransaya yollanacam. Mən səyahətə çıxarkən 17 avro pulum var idi. İndi 12 avrom qalıb. 12 avro ilə sağ qalmaq mümkündür? Yox. Amma yolda qazanacam”.