“12 milyon manat pul xәrclәnәcәk” - Azad Rəhimov

12-milyon-manat-pul-xrclnck-
Oxunma sayı: 2175

“Formula-1 böyük yarışdır. Bu dünyada keçirilәn 21 böyük yarışdan biridir və bu dəfə Bakıda baş tutacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, yarış zamanı asfaltın uzunluğu 6 km olacaq: “Bir maşın bu asfaltı 51 dәfә keçәcәk. Azarkeşlәr üçün biletlәr sabahdan satışa çıxarılacaq. 30 min bilet satışa çıxarılamlıdır. Yarışlardakı yollar üçün 12 milyon manat pul xәrclәnәcәk. Әmәliyyat komitәsi 5 milyon xәrclәyib. 300 metrlik Pit Stop inşa edilәcәk. Müxtәlif işlәr görülcәk. Baryerlәr vә setkalar olacaq. Dәqiq büdcә 3 aydan sonra bәlli olacaq. Biletlәrin qiymәti 19 manat olacaq. Bizim әsas işimiz odur ki, bu biletlәrin satışın tәşkil edәk”.

A. Rəhimov deyib ki, dövlәt tәrәfindәn bu yarışa dәstәk var vә büdcә vasitәsilә yarış tәşkil olunur. Azәrbaycan vәtәndaşlarına isə biletlәrdә 40 faiz endirim olacaq.

Biz çalışırıq ki, yarışlar zamanı Bakı sakinlәrinә narahtçılıq yaratmayaq, tıxaclar yaranmasın. Bakılılar tıxacı sevmir. Bu işlәr Azәrbaycanın tanıdılması naminә görülür. Bizim әsas işimiz düzgün işlәr görmәkdir”.

***

Yarışla bağlı Bakıya gələcək qonaqların yerləşdirilməsinə gəldirdə A. Rəhimov deyib ki, paytaxtda olan 5 ulduzlu otellәrin sayı kifayәtdir: “Bura çoxlu qonaqları gәlәcәk. Ümumilikdә 2500 adam gәlәcәk. Onlar üçün otellәrdә yerlәr artıq tutulub. İdmançılar şәhәrciyi olacaq. Turistlәr bizdәn yer istәsә, buna da kömәk edә bilәrik”.

Nazir bu yarışa görə, Formula-1 tәşkilatının Azәrbaycana hәr hansı ödәniş etməyəcəyini də bildirib: “Sadәcә bilet satışı tam bizim nәzarәtimizdәdir. Ordan gәlәn gәlir büdcәyә gedәcәk. Bizim onlarla 10 illik müqavilәmiz var. Vә şәrtlәrә görә 5 il sonra biz hansısa sәbәbdәn müqavilәni poza bilәrik”.

Elsevər Məmmədov

Fotolar: Nuran